Bu
platformada qeydiyyatdan keçməklə siz aşağıdakı müqaviləni bağlamış hesab
olunursunuz. Xahiş edirik, müqavilənin bütün şərtlərini diqqətlə oxuduqdan
sonra qeydiyyatdan keçəsiniz.
Bu
Üzvlük Müqaviləsi ("Müqavilə"); www.Promall.az saytının və “Promall”
mobil tətbiq proqramının idarəçiliyini həyata keçirən və hüquqi ünvanı Bakı şəhəri,
Bəhruz Nuriyev küç. 83, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) 1605348451
olan “PROMALL” MMC ilə www.Promall.az saytına və “Promall” mobil tətbiq
proqramına aşağıdakı şərtləri qəbul edərək üzv olan istifadəçi (“İstifadəçi”)
arasında, İstifadəçinin Promall-in təqdim etdiyi Xidmətlərdən istifadə etməsi şərtlərini
tənzimləmək məqsədilə bağlanılır.
Bundan
sonra Promall və İstifadəçi ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər”
adlanacaqlar.
Müqavilədə
istifadə olunan əsas anlayışlar:
MÜQAVİLƏNİN
ŞƏRTLƏRİ
1.
Müqavilənin predmeti
1.1. Bu Müqaviləyə əsasən Promall İstifadəçini
Müqavilədə göstərilən şərtlər əsasında onlayn satış platforması ilə təmin edir.
1.2. İstifadəçi qəbul edir ki, Platforma
vasitəsilə hər hansı məhsul satışı həyata keçirildiyi təqdirdə həmin məhsulla
bağlı alqı-satqı müqaviləsi Alıcı ilə Satıcı arasında bağlanmış hesab edilir və
Promall alqı-satqı müqaviləsində tərəf kimi çıxış etmir.
2.
İstifadəçi hesabı
2.1. Platformanın Xidmətlərindən
istifadə edə bilmək üçün İstifadəçi Platformada qeydiyyatdan keçməli və onun şəxsi
istifadəçi hesabı olmalıdır.
2.2. Hesabın yaradılması üçün istifadə
olunan istifadəçi adı və şifrə, İstifadəçi tərəfindən seçilir və bu məlumatların
gizliliyinin qorunması ilə bağlı öhdəlik İstifadəçinin üzərinə düşür.
2.3. İstifadəçinin hesabından həyata
keçirilən bütün əməliyyatlar İstifadəçi tərəfindən həyata keçirilmiş hesab
olunur və bu əməliyyatlar və onlar nəticəsində dəymiş zərərə görə İstifadəçi məsuliyyət
daşıyır.
2.4. İstifadəçi qeydiyyatdan keçən zaman
daxil etdiyi bütün məlumatların doğru və cari olmasına görə məsuliyyət daşıyır.
3.
İstifadəçinin bəyanatları
3.1. İstifadəçi Platformadan
istifadə edərkən aşağıdakılara zəmanət verir:
3.1.1. 18 yaşdan yuxarı yaşda
olduğuna;
3.1.2. Təklif edilən məhsulun qanuni
şəkildə əldə edildiyinə və onların üçüncü şəxslərin hüquqlarından azad
olduğuna;
3.1.3. Platformadan istifadə zamanı
qanunvericiliyin tələblərini və üçüncü şəxslərin hüquqlarını pozmayacağına;
3.1.4. Platformada qeydiyyatdan keçərkən
özü barəsində daxil etdiyi məlumatların doğruluğuna;
3.1.5. Məhsulun açıqlama hissəsində,
Platformanın şərh bölmələrində, eləcə də, elektron ünsiyyət zamanı qeyri-etik,
təhqiramiz, təhdidkar, şərəf və ləyaqəti alçaldan ifadələrdən istifadə etməyəcəyinə;
3.1.6. Satmaq üçün Platformaya yerləşdirdiyi
məhsul barədə məlumatları tam və düzgün qeyd edəcəyinə;
3.1.7. Promallin və digər istifadəçilərin
əqli mülkiyyət hüquqlarını pozmayacağına;
3.1.8. Digər İstifadəçilərin fərdi məlumatlarını
toplamayacağına və istifadə etməyəcəyinə.
3.2. İstifadəçi Platformadan istifadə edərkən bu
müddəanın və ya bu Müqavilənin digər müddəalarının şərtlərini pozarsa, Promall
İstifadəçinin Platformadan istifadəsini müvəqqəti və ya həmişəlik məhdudlaşdırmaq
hüququna sahibdir.
4. Satıcının öhdəlikləri
4.1. Satıcı Platformada qeydiyyat zamanı özü barəsində
daxil etdiyi məlumatların doğruluğuna və cariliyinə zəmanət verir və buna görə
məsuliyyət daşıyır.
4.2. Satıcı Alıcıya Alıcının seçdiyi növdə və
keyfiyyətdə, Platformada qeyd olunan məlumatlara uyğun məhsulu təqdim edir.
4.3. Satıcı aşağıdakı məlumatlarla Alıcının
tanış olmasını təmin etməlidi:
4.3.1. Satıcı hüquqi şəxsdirsə hüquqi şəxsin
adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı; Satıcı fiziki şəxsdirsə(sahibkar)
fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;
4.3.2. Əlaqə məlumatları (telefon, faks,
İnternet və elektron poçt ünvanları);
4.3.3. Malların (xidmətlərin, işlərin) xüsusiyyətləri
barədə əsas məlumatlar;
4.3.4. Vergilər nəzərə alınmaqla malların (xidmətlərin,
işlərin) qiymətləri;
4.3.5. Çatdırılma nəzərdə tutulduqda, onun xərci
və digər şərtləri;
4.3.6. Ödəniş və sifarişin icra olunma şərtləri.
4.4. Alınan malın geri qaytarılması məsələsi
qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun həll
edilir.
4.5. Satıcı qeydiyyatdan keçdiyi vaxtdan etibarən
3 (üç) təqvim ayı ərzində Platformadan pulsuz istifadə edir və növbəti aylara
görə Promall-a
aylıq 10 (on) AZN məbləğində üzvlük haqqı ödəyir.
4.6. Satıcı üzvlükdən çıxdıqda, ödənişin geri
qaytarılması ilə bağlı hər hansı bir hüquqa malik deyildir.
4.7. Satıcı məhsulların Alıcıya çatdırılmasını təmin
edir.
4.8. Satıcı Platformada qeydiyyatdan keçməklə
daşıma şərtlərini (https://promall.az/page/shipping) qəbul edir.
4.9. Alıcı sifariş edilən məhsulun
çatdırılmasını seçdikdə, Satıcı məhsulu öz hesabına göndərərsə Daşıma şirkətinin
xidmətindən istifadə edir və qarşılığında Daşıma şirkətinə razılaşdırılmış ödənişi
həyata keçirir.
4.10. Satıcı qəbul edir ki, Satıcıya aid olan
bütün ödənişlər, o cümlədən Alıcıların Satıcıya etdiyi ödənişlər, məhsulun geri
qaytarılması zamanı Satıcıların Alıcılara etdiyi ödənişlər, Satıcının Promallə
verdiyi üzvlük haqqı və Daşıma şirkətinin xidmət haqqı Ödəmə şirkətinin onlayn
ödəniş platforması vasitəsilə həyata keçirilir və Satıcı buna görə Ödəmə şirkətinə
razılaşdırılmış komissiyanı ödəyir.
5. Alıcının öhdəlikləri
5.1. Alıcı bu Müqaviləni və Platformada yerləşdirilən
digər qaydaları, məhsul barəsində məlumatları, çatdırılma, ödəniş və geri
qaytarma ilə bağlı şərtləri diqqətlə və tam oxumasına görə məsuliyyət daşıyır.
5.2. Alıcı hər hansı məhsulu satın aldıqda
Satıcı ilə alqı-satqı müqaviləsi bağlanmış olur və bu müqavilə Alıcı ödənişi
etdikdən sonra ekranda görünən elektron qəbz vasitəsilə təsdiq edilir.
5.3. Alıcı məhsul sifariş edərkən özü barəsində
daxil etdiyi məlumatların doğruluğuna zəmanət verir və buna görə məsuliyyət
daşıyır.
5.4. Məhsulun çatdırılması ilə bağlı onun iki
seçimi yaranır: (1) məhsulu Satıcının ünvanından təhvil almaq; (2) məhsulun
Satıcı tərəfindən Alıcının ünvanına çatdırılması.
5.5. Alıcı Platformada qeydiyyatdan keçməklə
daşıma şərtlərini (https://promall.az/page/shipping) qəbul edir və aldığı məhsulun
öz hesabına çatdırılmasını seçərsə Daşıma şirkətinin xidmətindən istifadə edir
və qarşılığında Daşıma şirkətinə razılaşdırılmış ödənişi həyata keçirir.
6. Tərəflərin məsuliyyəti
6.1. Promall Satıcılar tərəfindən Platformada
yerləşdirilən məhsulun mövcudluğu, keyfiyyəti, qanunauyğunluğu, Satıcıların məhsul
barəsində yerləşdirdiyi informasiyanın məzmunu və həqiqətə uyğunluğu,
Alıcıların ödəniş qabiliyyəti, Alıcı və Satıcının öz öhdəliklərini yerinə
yetirməsi və Alıcı ilə Satıcı arasında alqı-satqı müqaviləsindən, eləcə də,
İstifadəçilər ilə Ödəmə şirkəti və Daşıma şirkəti arasındakı müqavilələrdən irəli
gələn heç bir məsələ ilə bağlı məsuliyyət daşımır.
6.2. Promall Ödəmə şirkəti tərəfindən pulun tərəflərə
ötürülməsi və Daşıma şirkəti tərəfindən malın çatdırılması ilə bağlı heç bir məsuliyyət
daşımır.
6.3. Satıcı, təqdim etdiyi məhsulun keyfiyyəti,
növü, vaxtında çatdırılması və s. ilə bağlı Alıcı qarşısında tam və təkbaşına məsuliyyət
daşıyır.
6.4. Promall Alıcılar tərəfindən dəfələrlə şikayət
olunan Satıcının Platformadan istifadə imkanlarını müvəqqəti və ya həmişəlik məhdudlaşdıra
bilər.
7. Elektron ünsiyyət
7.1. Promall, İstifadəçi ilə Platformanın
ismarıc bölməsi, İstifadəçinin qeydiyyatdan keçərkən daxil etdiyi elektron poçt
ünvanı vasitəsilə və ya telefon nömrəsinə zəng etmək ve SMS göndərmək yolu ilə əlaqə
qura bilər.
7.2. İstifadəçi, Platformada qeydiyyatdan keçərkən
daxil etdiyi elektron poçt ünvanının ve telefon nömrəsinin doğruluğuna zəmanət
verir: həmin ünvan və telefon nömrəsinə göndərilmiş bildirişlər İstifadəçiyə
çatdırılmış hesab edilir.
7.3. Tərəflər arasında telefon yazışmaları,
elektron poçt və digər internet resurslarında həyata keçirilən yazışmalar rəsmi
əhəmiyyət daşıyır və sübut növü kimi qəbul olunur.
8. Məxfilik
8.1. Promall İstifadəçinin Xidmətlərdən
yararlana bilmək üçün Platformaya üzvlük və /və ya alış-veriş zamanı təqdim
etdiyi fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanunu başda olmaqla, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq toplanmasını, istifadə edilməsini, verilməsini və
mühafizəsini həyata keçirir.
8.2. İstifadəçi tərəfindən Platformaya üzvlük və
/və ya alış-veriş zamanı təqdim edilən fərdi məlumatlar İstifadəçilər arasında
mübahisə yarandığı təqdirdə mübahisələrin həlli məqsədi ilə hüquqi prosedurlara
başlaya bilmək üçün mübahisənin digər tərəfinə ötürülə bilər.
8.3. Promall İstifadəçinin fərdi məlumatlarını
qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət orqanlarına onların tələbi ilə
əsasında verə bilər.
8.4. İstifadəçi Xidmətlərdən istifadə edərək öz
məlumatlarının yuxarıda göstərilən qaydada toplanmasına, istifadə edilməsinə,
ötürülməsinə və digər formalarda işlənməsinə öz razılığını bildirmiş olur.
8.5. İstifadəçi tərəfindən Platformaya üzvlük və
/və ya alış-veriş zamanı təqdim edilən fərdi məlumatlar bu Müqavilə üzrə öhdəliklərin
icrası, Platformanın təkmilləşdirilməsi üçün və İstifadəçiyə özəl reklam, anket
və s. hazırlanması məqsədilə qanunvericiliyə uyğun olaraq toplanır, saxlanır,
işlənir, istifadə edilir və zəruri hallarda üçüncü şəxslərə ötürülür.
8.6. İstifadəçinin öz profili üçün təqdim etdiyi
məlumat bizə digər istifadəçilərə onu platformada “tapmağa” köməklik etmək
imkanı verir. Bütün istifadəçilərin məlumatlarının silməsi üçün sorğu yaratmaq
hüququ var.
9. Müqavilənin müddəti
Bu Müqavilə İstifadəçi Platformada qeydiyyatdan keçdiyi
andan qüvvəyə minir və Tərəflərdən biri Müqaviləyə xitam verənədək qüvvədə
qalır.
10. Müqaviləyə xitam verilməsi
10.1. İstifadəçi öz öhdəliklərini icra etmədikdə
və ya lazımınca icra etmədikdə, Promall Müqaviləyə birtərəfli qaydada xitam verə
bilər.
10.2. İstifadəçi də istənilən vaxt Platformaya
üzvlüyünə son qoymaqla birtərəfli qaydada Müqaviləyə xitam verə bilər.
11. Müqaviləyə dəyişiklik edilməsi
11.1. Promall bu Müqavilə də daxil olmaqla
Platformada yerləşdirilmiş bütün müqavilə və qaydalarda birtərəfli qaydada dəyişiklik
(əlavələr) edə bilər.
11.2. Belə dəyişiklik edən zaman Promall dəyişikliyin
qüvvəyə minməsindən 14 gün qabaqcadan İstifadəçilərə dəyişdirilmiş şərtlərlə
bağlı bildiriş göndərir. Bildiriş istifadəçinin elektron poçt ünvanına və ya
Platformanın ismarıc bölməsinə göndərilə bilər.
11.3. Dəyişikliklər bu barədə İstifadəçiyə
bildiriş göndərilməsindən 14 gün sonra qüvvəyə minir. Müvafiq dəyişikliklə
razılaşmayan İstifadəçi Platformaya üzvlüyünü sonlandıra bilər.
12. Qarşısıalınmaz qüvvə (Force-Majeure)
12.1. Promall qabaqcadan nəzərdə tutulması
mümkün olmayan və onun iradəsindən asılı olmayan qarşısıalınmaz qüvvənin
yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, daxili iğtişaşlar,
iqtisadi böhran, devalvasiya, kiber-hücumlar, qanunvericilikdə dəyişiliklər və
s.) nəticəsində Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi üçün məsuliyyət
daşımır.
12.2. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı
halların təsirinin müddəti ərzində Promallin Müqavilə üzrə öhdəliklərinin yerinə
yetirilməsi təxirə salınır və Promall bu öhdəliklərin yerinə yetirilməsinə ona
mane olan halların baş verməsindən ən geci 10 (on) gün ərzində bu barədə
İstifadəçiyə məlumat bildirməlidir.
13. Mübahisələrin həlli
13.1. Bu Müqavilə və Tərəflər arasında bu
Müqavilədən irəli gələn bütün münasibətlər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tənzimlənir.
13.2. Tərəflər arasında bu Müqavilədən irəli gələn
bütün mübahisələr danışıqlar yolu ilə həll olunur.
13.3. Tərəflər arasında bu Müqavilədən irəli gələn
mübahisələrin danışıqlar yolu ilə həlli mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan
Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
13.4. İstifadəçi qəbul edir ki, onunla digər
İstifadəçi (Alıcı və ya Satıcı) arasında mübahisə yarandığı təqdirdə Promalli
bu mübahisələrdən kənarda tutacaq və Promallə qarşı iddia qaldırmayacaq.
13.5. İki İstifadəçi arasında mübahisə yarandığı
təqdirdə Promallin tək öhdəliyi bir İstifadəçiyə mübahisə tərəfi olan digər
İstifadəçi barəsində zəruri məlumatların verilməsindən ibarət olacaq.
14. Digər müddəalar
14.1. Bu Müqavilənin mühüm şərtlərinə aid
olmayan müddəalarının etibarsız olması və ya öz qüvvəsini itirməsi, bu Müqavilənin
digər müddəalarının etibarsızlığına səbəb olmayacaq.
14.2. İstifadəçi Promallin əvvəlcədən razılığını
almadan bu Müqavilə üzrə əldə etdiyi hüquq və öhdəlikləri hər hansı üçüncü şəxsə
güzəşt edə, verə və ya ötürə bilməz.
14.3. İstifadəçi Platformada qeydiyyatdan
keçdiyi andan etibarən bu müqavilə qüvvəyə minir və hər iki tərəf üçün məcburi
hüquqi qüvvə daşıyır.
Biz istifadəçi təcrübəsini yaxşılaşdırmaq və veb sayt trafikini təhlil etmək üçün kukilərdən istifadə edirik. Bu səbəblərə görə biz sizin saytdan istifadə məlumatlarınızı analitik tərəfdaşlarımızla paylaşa bilərik. Sayta davam etməklə siz kuki siyasətimizdə təsvir olunan bütün texnologiyaları cihazınızda saxlamağa razılaşırsınız. Budur kuki siyasəti