Məhsulu qaytarmaq üçün Promall Market tətbiqinə daxil olun, sonra "Mənim sifarişlərim" bölməsinə keçin və qaytarmaq istədiyiniz məhsulu seçin.
Məhsulları çatdırılma tarixindən etibarən 14 gün ərzində əmtəə görünüşü pozulmadığı halda geri qaytara bilərsiniz. Əgər məhsul təsvirə uyğun gəlmirsə və ya qüsurludursa, 30 gün və ya zəmanət müddəti ərzində müraciət edə bilərsiniz.
Məhsul təsvirə uyğun deyilsə ilk 3 (üç) gün müddətində, Əgər qüsurludursa geri qaytarılmanı 14 (Otuz) gün ərzində və ya zəmanət müddətində qaytarılması mümkündür.
Məhsulun geri qaytarılma müddəti şərtlərdən asılı olaraq dəyişə bilər. Geri qaytarılma müraciətini yaratdıqdan sonra, sifarişin detalları bölməsində geri qaytarılmanın statusunu izləyə bilərsiniz.
Məhsulu qaytardıqdan sonra vəsaitin geri qaytarılma müddəti ödəniş üsulundan asılı olaraq fərqlənə bilər.
Əgər sizə yanlış məhsul çatdırılıbsa, Promall tətbiqinə daxil olun, sonra "Sifarişlərim" bölməsinə keçin və müvafiq məhsulu seçərək geri qaytarılma üçün müraciət edin.
Məhsul qaytarıldıqda, əldə etdiyiniz bonuslar bonus hesabınızdan silinəcək.
Bəli. Əgər məhsulu kuryerə təhvil verməmisinizsə, müraciəti ləğv edə bilərsiniz.
Bəli, sifarişinizdən yalnız bir məhsulu qaytara bilərsiniz.
Əgər sifariş kreditlə rəsmiləşdirilibsə, qaytarma müraciəti təsdiqləndikdən sonra kredit 7 gün ərzində ləğv ediləcək. Əgər kredit üzrə aylıq ödəniş etmisinizsə, həmin məbləğ 14 gün ərzində hesabınıza geri qaytarılacaq.
Əgər aldığınız məhsul keyfiyyətsiz və ya qüsurludursa, Promall tətbiqinə daxil olun, sonra "Sifarişlərim" bölməsinə keçin və müvafiq məhsulu seçərək geri qaytarma üçün müraciət edin.
Məhsulu qaytarmaq üçün ödəniş qəbzi və zəmanət talonu (əgər təqdim olunubsa) təqdim etməlisiniz.
Əgər sifarişiniz Azərpoçt vasitəsilə çatdırılıbsa və siz geri qaytarma etmək istəyirsinizsə, Promall Market tətbiqinə daxil olun, sonra "Sifarişlərim" bölməsinə keçin və müvafiq məhsulu seçərək qaytarma üçün müraciət edin.
Əgər müraciətiniz təsdiqlənərsə, məhsulu Azərpoçt şöbəsinə gətirin və operatora geri qaytarılma barədə məlumat verin.
Əgər sifarişinizi bölgədəki Promall təhvil məntəqəsindən təhvil almısınızsa və məhsulu geri qaytarmaq istəyirsinizsə, Promall Market tətbiqinə daxil olun, sonra "Sifarişlərim" bölməsinə keçin və müvafiq məhsulu seçərək qaytarılma üçün müraciət edin.
Əgər müraciətiniz təsdiqlənərsə, məhsulu Promall təhvil məntəqəsinə gətirin və
operatora qaytarma barədə məlumat verin.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, bəzi məhsullar geri qaytarıla bilməz. Bu məhsullar yalnız keyfiyyətsiz və ya qüsurlu olduqda geri qaytarıla bilər.
Biz istifadəçi təcrübəsini yaxşılaşdırmaq və veb sayt trafikini təhlil etmək üçün kukilərdən istifadə edirik. Bu səbəblərə görə biz sizin saytdan istifadə məlumatlarınızı analitik tərəfdaşlarımızla paylaşa bilərik. Sayta davam etməklə siz kuki siyasətimizdə təsvir olunan bütün texnologiyaları cihazınızda saxlamağa razılaşırsınız. Budur kuki siyasəti