Mağazaların onlayn satışı çoxalıb, ancaq yeni “bəla” gəlib - kartlardan pul oğurlanır

Professional shopping center - Promall MMC

Mağazaların onlayn satışı çoxalıb, ancaq yeni “bəla” gəlib - kartlardan pul oğurlanır

Mağazaların onlayn satışı çoxalıb, ancaq yeni “bəla” gəlib - kartlardan pul oğurlanır

Azərbaycanda koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan olunub. Buna görə bütün kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirləri təxirə salınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, ölkədə fəaliyyət göstərən dükan və bütün iaşə obyektlərinin fəaliyyəti karantin bitənə qədər dayandırılıb. Bu müddət ərzində əhali ehtiyaclarını təmin etmək üçün onlayn alış-verişə üstünlük verir.

Qeyd edək ki, bir çox dükanda onlayn alış-veriş tətbiq edilirdi. Karantin dönəmində isə əksər dükan onlayn alış-verişdən istifadə etməyə başladı. Onlayn alış-veriş zamanı bəzi problemlər yaranıb. Belə ki, iri şirkətlər alıcıların informasiya təhlükəsizliyini təmin etsələr də, bu sahədə yeni olanlar və digər kiçik mağazalardan alış-veriş zamanı bəzi problemlər yaşanır. Bəzən vətəndaşların kart hesabından pul oğurlanması müşahidə edilir. Onlayn alış-verişə tələbin artması ilə internet vasitəsilə pul qazananların sayı artıb.

  • “Vətəndaşlar onlayn alış-veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün…”

Məsələ ilə bağlı fikir bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova dedi ki, karantin rejimi ilə əlaqədar bir çox mağaza onlayn satışa keçib: “Vətəndaşlar onlayn alış-veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün mütləq qaydada bəzi qaydalara əməl etməlidirlər. Hazırda ən geniş yayılan internet fırıldağı fişhin üsuludur. Vətəndaşlara göndərilən spam mesajlar vasitəsilə şəxsi məlumatlar oğurlanır. Buna görə də tanış olmayan heç bir mənbədən gələn məlumatı açmaq tövsiyə olunmur”.

G.Gözəlova onu da vurğuladı ki, onlayn dələduzluqla qarşılaşan vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “qaynar xətt”inə və ya sosial media hesablarına müraciət edə bilər.

busy...